EN

Kəlbəcərdə "Lexus" aşdı – 4 nəfər xəsarət aldı

Kəlbəcərdə minik maşını aşıb, yaralananlar var. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə hadisə rayonun Qozlu körpü deyilən ərazisində baş verib. İdarəetmədən çıxan "Lexus" markalı avtomobilin aşması nəticəsində ilkin məlumata görə, 4 nəfər yaralanıb. Hadisə yerinə DYP  əməkdaşları  və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Chosen
7
6
avtosfer.az

6Sources