Kəlbəcərdə minik maşını aşıb, yaralananlar var. Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə hadisə rayonun Qozlu körpü deyilən ərazisində baş verib. İdarəetmədən çıxan "Lexus" markalı avtomobilin aşması nəticəsində ilkin məlumata görə, 4 nəfər yaralanıb. Hadisə yerinə DYP əməkdaşları və həkim briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta