Azərbaycan millisinin sabiq güləşçisi, Paris-2024 Olimpiya Oyunlarından sonra karyerasını başa vuran Hacı Əliyevə vəzifə verilib.
QOL.az-ın məlumatına görə, o, bundan sonra Azərbaycan Güləş Federasiyasında funksioner kimi fəaliyyət göstərəcək. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu sərbəst güləş üzrə koordinator vəzifəsini yerinə yetirəcək.