EN

İnfarkt keçirən dostuna kömək etmək istəyən sürücü özü də öldü - VİDEO

İstanbulun Karşıyaka rayonunda taksi dayanacağında operator işləyən 75 yaşlı Zeki Aldemir səhər saatlarında qəfil özünü pis hiss edib və infarkt keçirib.

"Unikal" xəbər verir ki, onun iş yoldaşı, 57 yaşlı Ercan Kiremitçiler evə getməyə hazırlaşarkən vəziyyəti görüb və dərhal köməyə qaçıb. İş yoldaşının nəbzini yoxlayan Kiremitçilər yaşadığı güclü stressə dözə bilməyib və yerə yıxılıb.

Ardıcıl yaşanan hadisələrdən şoka düşən taksi dayanacağı işçiləri bu dəfə Ercan Kiremitçilərə müdaxilə etməyə çalışıb. Xəbəri alan tibb qrupları hadisə yerinə gələrkən hər iki şəxsin infarkt keçirdiyini müəyyən edib.

Təcili yardımla xəstəxanaya aparılan Zeki Aldemir və Ercan Kiremitçilər həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Chosen
42
50
unikal.az

10Sources