Bakı şəhəri, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının uzun müddətdir istifadə olunmayan anbarında yanğınla müşayiət olunan partlayış baş verib.
APA-nın xəbərinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Mədəniyyət nazirinin müavini Murad Hüseynov və Kino Agentliyinin (ARKA) direktoru Rəşad Əzizov hadisə yerinə gəliblər.