EN

“Yuventus” - “Mançester Siti” matçında 7 qol vuruldu

style='margin-bottom:10px;'>

ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir. 

QOL.az xəbər verir ki, bu gün G qrupunda mübarizəyə yekun vurulub. 

Sonuncu – üçüncü turun “Yuventus” - “Mançester Siti” matçında qrup qalibinin adı məlum olub. Rəqibini 5 qolla üstələyən İngiltərə təmsilçisi maksimum nəticə (9 xal) ilə qrupu birinci pillədə başa vurub. “Yuventus” isə 6 xalla qrup ikincisi kimi 1/8 finala adlayıb.

Qrupun digər matçında BƏƏ təmsilçisi “Əl-Əyn” əzmkar qələbə qazanmaqla 3 xalla qrupu üçüncü yerdə tamamlayıb.

G qrupu

“Yuventus” (İtaliya) - “Mançester Siti” (İngiltərə) - 2:5
Qollar:
J.Doku, 9 (0:1), T.Kupmeiners, 11 (1:1), P.Kalulu, 26-avtoqol (1:2), E.Haaland, 52 (1:3), F.Foden, 69 (1:4), Savinho, 75 (1:5), D.Vlahoviç, 84 (2:5)

“Vidad” (Mərakeş) - “Əl-Əyn” (BƏƏ) - 1:2
Qollar:
K.Mailula, 4 (1:0), K.Laba, 45+1-pen. (1:1), Kaku, 50 (1:2)

Chosen
34
3
teleqraf.com

6Sources