ABŞ-da keçirilən klublararası dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, bu gün G qrupunda mübarizəyə yekun vurulub.
Sonuncu – üçüncü turun “Yuventus” – “Mançester Siti” matçında qrup qalibinin adı məlum olub. Rəqibini 5 qolla üstələyən İngiltərə təmsilçisi maksimum nəticə (9 xal) ilə qrupu birinci pillədə başa vurub. “Yuventus” isə 6 xalla qrup ikincisi kimi 1/8 finala adlayıb.
Qrupun digər matçında BƏƏ təmsilçisi “Əl-Əyn” əzmkar qələbə qazanmaqla 3 xalla qrupu üçüncü yerdə tamamlayıb.
G qrupu