EN

Kosmos tarixində bir ilk

ain.az, Oxu.az saytına istinadən bildirir.

İyunun 26-da "Axiom Space Ax-4" missiyası çərçivəsində dörd astronavt Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatıb.

Oxu.Az Focus.ua-ya istinadən xəbər verir ki, onlardan üçü Hindistanı, Polşanı və Macarıstanı təmsil edir. Bu astronavtlar orbital stansiyanın göyərtəsində öz ölkələrinin ilk nümayəndələridir.

Bu uçuş həm də ona görə unikaldır ki, astronavtlar İlon Maska məxsus "SpaceX" şirkətinin tamamilə yeni kosmik gəmisi ilə BKS-ə çatdırılıblar. Belə ki, ilk insanlı uçuşunu həyata keçirən və "Grace" adlandırılan bu təkrar istifadə edilə bilən kosmik gəminin adını ekipaj üzvləri özləri seçiblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
4
oxu.az

5Sources