EN

Vyanada Azərbaycanın xaricdəki mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısı keçirilib

Bakı. Trend:

İyunun 26-da Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xaricdəfəaliyyət göstərən mədəniyyət mərkəzlərinin yarımillik hesabattoplantısı keçirilib.

Trendxəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplantıda Azərbaycan Respublikasının mədəniyyətnaziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədriXalq artisti Polad Bülbüloğlu və Üzeyir Hacıbəyli adına Bakı MusiqiAkademiyasının rektoru Xalq artisti Fərhad Bədəlbəyli iştirakediblər.

Toplantının əsas məqsədi xarici ölkələrdə fəaliyyət göstərənAzərbaycan mədəniyyət mərkəzlərinin fəaliyyətininəlaqələndirilməsi, 2025-ci ilin birinci yarısına dair hesabatlarıntəqdim olunması, həyata keçirilmiş layihələrin müzakirəsi vəgələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub.
Tədbirdə Avstriya, Almaniya, İtaliya, Fransa, Özbəkistan vəTürkiyədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin hesabatlarıtəqdim edilib. Hesabatlarda əsas diqqət Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları üzrəmüəyyən edilmiş prioritetlər əsasında mədəniyyətimizin təbliği vətəqdimatına yönəlib.

Bildirilib ki, 2025-ci ilin Azərbaycanda “Konstitusiya vəSuverenlik İli” elan edilməsi, həmçinin Vətən müharibəsindəQələbənin 5 illiyi ilə bağlı silsilə tədbirlərin həyata keçirilməsimədəniyyət mərkəzlərinin əsas fəaliyyət istiqamətlərindənolacaq.

Toplantıda həmçinin mədəniyyətin beynəlxalq miqyasda təbliğindəinnovativ yanaşmaların tətbiqi, mərkəzlərin vahid koordinasiyasınıntəmin edilməsi, səmərəliliyin artırılması və uzunmüddətli,dayanıqlı layihələrin reallaşdırılması istiqamətində stratejiməsələlər müzakirə olunub.

Məqalədə:
Chosen
15
7
az.trend.az

10Sources