EN

Doqquz nəfəri öldürüb doğramış yaponiyalı edam edilib

Yaponiyada yerli sakin Takahiro Siraisinin doqquz nəfəri öldürüb doğramasına görə məhkəmənin çıxardığı ölüm hökmü icra edilib.

Aznews.az xəbər verir ki, bu barədə “Kyodo” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Agentlik xatırladıb ki, 2017-ci ildə iki ay ərzində Tokioda bir neçə yerli sakin öldürülüb.

Cinayətkar təsadüfən tutulub: itkin düşmüş qızın qardaşı onun şifrələrini bilirdi və nəticədə qatil çıxmış oğlanla yazışmalarını görüb.

Şübhəlinin mənzilində axtarış zamanı daha səkkiz nəfərin başları və bədənlərinin digər üzvləri aşkar edilib.

Chosen
16
7
aznews.az

10Sources