EN

Axtarışda olan 84 nəfər saxlanıldı

İyunun 26-da ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb. Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Chosen
23
11
metbuat.az

10Sources