EN

Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Ankarada səfərdədir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ankara, 27 iyun, AZƏRTAC

İyunun 27-də Türkiyə paytaxtında səfərdə olan Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Türkiyə ordusunun Baş qərargah rəisi ordu generalı Metin Gürak tərəfindən qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, sonra tərəflər arasında görüş keçirilib.

Həmin gün Türkiyənin milli müdafiə naziri Yaşar Güler Azərbaycan Silahlı Qüvvələrinin Baş qərargah rəisi general-polkovnik Kərim Vəliyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qardaş ölkənin Milli Müdafiə Nazirliyində AZƏRTAC-a bildirilib ki, görüşdə Türkiyə ordusunun Baş qərargah rəisi ordu generalı Metin Gürak iştirak edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
18
2
azertag.az

3Sources