EN

"Rəqəmsal Jurnalistika" təlimi yekunlaşdı

BAKI, 27 iyun. TELEQRAF

Azərbaycanda fəaliyyətə başlayan beynəlxalq tədris platforması olan “Euronews Academy” layihəsi çərçivəsində ilk təlim - "Rəqəmsal Jurnalistika" təlimi yekunlaşıb.

Teleqaf xəbər verir ki, Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı çərçivəsində “Euronews Academy” beynəlxalq tədris proqramı iyunun 23-də başlayıb və Bakı Dövlət Universitetində keçirilib.

Təlimin ilk 3 günündə təlimçi Tuba Altunkaya "Rəqəmsal xəbər toplama və məlumatlara əsaslanan jurnalistika", "Jurnalistlər üçün ən yaxşı innovativ təcrübələr: Süni intellekt alətləri, SEO və məlumatların vizualizasiyası", "Rəqəmsal video strategiyası və yeni formatlar" mövzularında təlim keçib.

Növbəti gün təlimçi Fatih Yetim "Sosial media və "YouTube" kanalının idarə edilməsi" mövzusunda, təlimin sonuncu günündə isə təlimçi Levan Shermadini "Mobil jurnalistika" təlimi keçib.

Qeyd edək ki, ilk təlim gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri üçün nəzərdə tutulub.

Media və informasiya sahəsində peşəkar inkişafı dəstəkləmək məqsədilə yaradılmış “Euronews Academy” fərqli hədəf auditoriyaları əhatə edən müxtəlif mövzularda təlim proqramları təqdim edir. Proqramlar hazırda jurnalistika sahəsində fəaliyyət göstərən peşəkarlar, həmçinin bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün nəzərdə tutulub.

Təlimlər yüksək ixtisaslı beynəlxalq təlimçilər və “Euronews” telekanalının peşəkar heyəti tərəfindən keçilir. Təlimin məqsədi media sahəsində çalışan peşəkarların yeni tendensiyalara uyğun bilik və bacarıqlarını təkmilləşdirmək, eləcə də bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün beynəlxalq ekspertlərdən öyrənmə imkanları yaratmaqdır.

Chosen
63
1
teleqraf.com

1Sources