ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Belarus prezidenti Aleksandr Lukaşenko İranın nüvə obyektlərinə endirilən zərbələri beynəlxalq hüququn pozulması adlandırıb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclasında deyib.
“İranın BAEA-nin nəzarəti altında olan nüvə obyektlərinə son zərbələr beynəlxalq hüququn, o cümlədən Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə və 1949-cu il Cenevrə Konvensiyalarının ən təhlükəli pozulması halıdır”, - deyə Belarus prezidenti qeyd edib.
Belarus lideri xatırladıb ki, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Aİİ-də müşahidəçi dövlətin nümayəndəsi kimi ilk dəfə iclasda iştirak etməli idi, “lakin məlum şəraitə görə o, iştirak edə bilməyib”.
Bundan əlavə Lukaşenko İran prezidentinə müraciətlə deyib ki, İslam Respublikası bu müqavimət hərəhatında “tək deyil”.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.