"Biz görürük ki, 'maarifçi' avropalılar Ukraynada mənasız qırğını davam etdirmək niyyətindədirlər. Onlar artıq bunu nə gizlədir, nə də utanırlar - açıq şəkildə deyirlər: sonuncu ukraynalıya qədər döyüşəcəklər," - deyə Lukaşenkonun sözlərini BelTA agentliyi sitat gətirib.
Dövlət başçısı Qərb mediasında "şərqdən gələn təhdid" mövzusunda isteriyanın artdığını qeyd edib və bəzi Avropa siyasətçilərinin hətta qitədə nüvə silahından istifadənin mümkünlüyü barədə danışdıqlarına diqqət çəkib: "Nə biz, nə də ruslar bu barədə danışmırıq, bizi ittiham etdikləri kimi. Bu söhbətə onlar başlayıblar."
Lukaşenko həmçinin Avropa İttifaqı rəhbərliyinin rəsmi şəkildə dörd il ərzində 800 milyard avro büdcə ilə Avropanın yenidən silahlandırılması proqramını həyata keçirmək niyyətində olduqlarını xatırladıb. "Hələ bu harasıdır," - deyə əlavə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31