"Bu işin içində 200-300 manat başa düşüləndir. Biz ondan danışırıq ki, 20 min, 30 min, 50 min manatlıq, bir yerdə öyrənmişəm ki, 120 min manatlıq qara mərmərdən baş daşı qoyurlar".
O, həmçinin əvvələr insanları son mənzilə yola salarkən qonşuların, yaxınların təmənnasız köməyini və torpağın pulsuz olduğunu vurğulayıb:
"Elə bir mövzu qoyulub ki, illər əvvəl də bu aktual idi, indi də aktualdır, gələcəkdə də belə olıacaq. Xoş o insanın halına ki, ona qəbir evi qismət olur. Uzun illər əvvəl qəbiristanlıqlarda qəbirlər pulsuz olub. Bu savaş iş sayılıb. Qonşular, qohumlar və dostlar yığışardı, rəhmətə gedənin qəbrini qazar, əl tutardılar, daşını qoyardılar, hamısı da havayı olardı.
www.anews.az