Ajans.az “Report”a istinadən xəbər verir ki, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Hadisə ilə bağlı araşdırma aparılır.