Təlim proqramının son günündə “Mobil Jurnalistika” mövzusunda sessiya keçən Levan Shermadini informasiyanın hazırlanması, oxucunun diqqətini çəkə biləcək başlıqların seçilməsi və müasir proqram təminatlarının tətbiq imkanları barədə ətraflı məlumat verib. Bununla yanaşı, onlayn rejimdə keyfiyyətli foto və videomüsahibələrin hazırlanması, düzgün işıqlandırma üsullarından istifadə, telefon vasitəsilə videosüjetlərin redaktəsi və aydın səslə audiomüsahibələrin yazılması bacarıqları öyrədilib.
Proqram müddətində iştirakçılar rəqəmsal xəbər toplanması, süni intellekt və SEO alətləri, data vizualizasiya, video strategiyası, sosial media və mobil jurnalistika kimi geniş spektrli mövzular ətrafında keçirilən təlimlərə qatılıblar. Təlimləri “Euronews” telekanalının peşəkar mütəxəssisləri – multimedia jurnalisti Tuba Altunkaya, sosial media redaktoru Fatih Yetim və baş operator Levan Shermadini aparıb.
Qeyd edək ki, proqramda yüksək nailiyyət göstərən iştirakçılar “Euronews” kanalında təcrübə keçmək imkanı əldə edəcəklər.






10Sources
-
qht.azBeşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başlayıb ( 18964087)
-
qaziler.azBeşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başlayıb - FOTO ( 18955924)
-
sia.azBeşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başlayıb ( 18954892)
-
azertag.azBeşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başlayıb ( 18954607)
-
vergiler.azŞəmkirdə növbəti “Aqrar Biznes Festivalı” və “Tərəvəz” Festivalı keçirilib ( 18954523)
-
xalqqazeti.azBeşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başlayıb ( 18954124)
-
azerbaijan-news.azBeşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə başlanılıb ( 18953077)
-
azerbaijan-news.azAnar Əliyev: “Yüksəliş” müsabiqəsi istedadlı və idarəetmə bacarığı olan şəxslərin üzə çıxarılması işinə töhfə verir ( 18952453)
-
day.azBeşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə start verildi - FOTO ( 18952069)
-
sia.azBeşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə başlanılıb ( 18951526)