AZ

Beşinci "Yüksəliş" müsabiqəsinin yarımfinal mərhələsi başlayıb

Bakı, 4 iyul, AZƏRTAC

Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmək, məşğulluq, sosial müdafiə sahələrində son dövrdə aparılan ardıcıl islahatlar, DOST konsepsiyası, sosial sahədə innovativ həllərin, rəqəmsal texnologiyaların geniş tətbiqi işləri, gələcək sosial hədəflər barədə məlumat verib.

Prezidentin Fərmanı ilə sosial müavinətlərin və təqaüdlərin növbəti artımının sosial müdafiə sisteminin dayanıqlığının yüksək səviyyəsinin təzahürü olduğunu qeyd edib.

Anar Əliyev yüksək intellektə və idarəçilik bacarığına malik perspektivli, xüsusilə gənc rəhbər kadrların seçilməsi və dəstəklənməsi, yeni nəsil idarəçilərin hazırlanması istiqamətində “Yüksəliş” müsabiqəsinin unikal platforma kimi əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.

 

Seçilən
11
35
azertag.az

10Mənbələr