EN

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Bakı. Trend:

Azərbaycan bu ilin yanvar-aprel aylarında Türkiyəyə 3 milyard715,07 milyon kubmetr təbii qaz ixrac edib.

Bu barədə TrendTürkiyənin Enerji Bazarını Tənzimləmə Şurasına (EPDK) istinadlaməlumat verir.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % artımdeməkdir. Bu dövrdə ixracın 3 milyard 609,35 milyon kubmetriuzunmüddətli müqavilələrlə, 105,72 milyon kubmetri isə spot bazarmexanizmi ilə təmin olunub.

Təkcə apreldə Türkiyəyə 999,83 milyon kubmetr qaz ixrac edilib.Bu, ötən ilin aprel ayı ilə müqayisədə cüzi — 0,09 % azalmademəkdir. Bu həcmin 956,46 milyon kubmetri uzunmüddətli müqavilələrəsasında, 43,37 milyon kubmetri isə spot razılaşmalar çərçivəsindəçatdırılıb.

Aprel ayında Türkiyənin ümumi qaz idxalı 4 milyard 60,82 milyonkubmetr təşkil edib — bu, illik müqayisədə 69,54 % artımdır.İdxalın 90,04 %-i (3 milyard 656,17 milyon kubmetr) boru kəmərləri,9,96 %-i (404,65 milyon kubmetr) isə mayeləşdirilmiş təbii qaz(LNG) vasitəsilə həyata keçirilib.

Həmin ayda Azərbaycan Türkiyənin qaz idxalında 24,62 %-lik paylaikinci sırada qərarlaşıb. Birinci yerdə 44,81 %-lə Rusiya, üçüncüyerdə 17,41 %-lə İran, dördüncü yerdə isə ilk dəfə qaz ixrac edənTürkmənistan (3,19 %) yer alıb. Türkiyəyə qaz ümumilikdə altıölkədən – Azərbaycan, Rusiya, İran və Türkmənistandan borukəmərləri ilə, ABŞ və Əlcəzairdən isə LNG şəklində tədarükolunub.

Azərbaycan qazı Türkiyəyə əsasən “Şahdəniz” yatağınınişlənməsinin birinci və ikinci mərhələləri çərçivəsindəçatdırılır.

EPDK-nın açıqlamasına görə, 2024-cü ildə Azərbaycanın Türkiyəyəqaz ixracı 11 milyard 478,4 milyon kubmetrə çatıb ki, bu da 2023-cüillə müqayisədə 11,9 % artım deməkdir. Energetika naziri PərvizŞahbazovun sözlərinə görə, bu il üçün planlaşdırılan həcmlər 10milyard kubmetr ətrafındadır.

Məqalədə:
Chosen
52
22
az.trend.az

10Sources