AZ

TANAP ilə xarici bazarlara ixrac olunan qazın həcmi açıqlanıb

Bu ilin iyunun 1-nə Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə ümumilikdə 79,92 milyard kubmetrə yaxın Azərbaycan qazı Türkiyəyə və Avropa bazarlarına daşınıb.

Bu barədə “Report” Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

Bildirilib ki, 2024-cü ildə bu boru kəməri ilə 17,35 milyard kubmetr təbii qaz nəql edilib. Bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 1,4 % çoxdur.

Qeyd edək ki, 30 iyun 2018-ci il tarixində TANAP vasitəsilə kommersiya məqsədli təbii qazın nəqlinə start verilib.

Seçilən
6
13
report.az

10Mənbələr