Fransanın paytaxtı Parisdən təxminən 100 km aralıda Şartr şəhəri yaxınlığında təyyarə qəzaya uğrayıb.
Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
Məlumatda bildirilib ki, kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.
“Təyyarə yaşayış massivinə düşüb. Lakin yaşayış binaları zədələnməyib.”, – məlumatda deyilir.
Qəzanın baş verdiyi ərazidə araşdırma aparılır./Globalinfo.az