“Çelsi” yarımmüdafiə xəttini gücləndirmək niyyətindədir.
90deqiqe.Az-ın "Caught Offside"ə istinadən məlumatına görə, “Liverpul”un gənc futbolçusu Harvi Elliot bu məqsədlə "zadəganlar"ın transfer hədəfinə çevrilib.
London klubu 22 yaşlı yarımmüdafiəçi ilə maraqlanır və “Liverpul” rəhbərliyi də uyğun təklif daxil olacağı halda Elliotla yollarını ayırmağa hazırdır.
Mənbənin iddiasına əsasən, “qırmızılar” akademiya yetirməsi olan futbolçunu 50 milyon funt sterlinqə dəyərləndirir. “Transfermarkt” portalı isə Harvi Elliotun bazar dəyərini 30 milyon funt olaraq göstərir. Futbolçunun “Liverpul”la mövcud müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Harvi Elliot əsas komanda ilə artıq üç mövsümdür çıxış edir və zamanla rotasiyada mühüm yer tutan oyunçuya çevrilib. O, 2024/25 mövsümündə Premyer Liqada 28 oyunda meydana çıxaraq 5 qol vurub, 3 məhsuldar ötürmə verib.