EN

Mourinyonun bu köməkçisi Fənərbaxça da qalası oldu

Footbal-plus saytına istinadən ain.az xəbər verir.

Joze Mourinyonun ''Fənərbaxça''dakı köməkçilərindən biri olan Sandro Zufiç ilə bağlı xəbər var. Bilindiyi kimi bu yay portuqaliyalı mütəxəssisin 4 köməkçisindən 3-ü - Salvatore Foti, Covanni Sera və Luka Fatiqa ilə yollar ayrıldı. Qapıçılar üzrə məşqçi olan Zufiç isə çox güman, Mourinyonun yanında çalışmaqda davam edəcək. Bu məşqçi ''Fənər''ə ötən mövsümün əvvəllərində Dominik Livakoviçin istəyi ilə gətirilmişdi. Mourinyo rəhbərlikdən onun klubda qalmasını tələb edib. Bu qərarın artıq Livakoviç ilə heç bir əlaqəsi yoxdu. Çünki xorvatiyalı qapıçı Türkiyədən və İstanbul nəhəngindən ayrılmaq istəyir. O ayrılsa belə, Zufiç klubda qalacaq. Yeni mövsümdə ''sarı-lacivərdlilər''in əsas qapıçısı Uğurcan Çakır olacaq. ''Trabzonspor'' və Türkiyə yığmasının qapıçısının transferinin həftəsonuna qədər tamamlanacağı gözlənilir. Yeri gəlmişkən, Zufiç Uğurcan Çakırı kifayət qədər yaxşı tanıyır. Onların yolu daha öncə ''Trabzonspor''da kəsişib. Belə ki, Zufiç bu klubda Nenad Byelitsanın köməkçisi kimi işləyib. Livakoviçə gəlincə, Xorvatiya yığmasının qapıçısı hazırda özünə yeni klub axtarır. Ən son iddialara görə meneceri onun xidmətini ''Monako''ya təklif etsə də, fransızlar bu transferdə maraqlı olmayıblar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
50
icma.az

10Sources