Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Fransalı ulduz hücumçu Olivye Jiru "Los-Anceles"dən ayrılacaq.
Fanat.Az xəbər verir ki, informasiyanı "Footmercato" yayıb.
Mənbənin məlumatına görə, 38 yaşlı forvard karyerasını vətənində davam etdirəcək. Hücumçu "Lill"lə danışıqlar aparıb və müqavilə imzalamağa razılaşıb.
Olivye ötən yaydan "Los-Anceles"də oynayır. O, Kaliforniya komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və üç məhsuldar ötürmə edib.
Fransa çempionatının son mövsümünün yekununda "Lill" turnir cədvəlini beşinci pillədə başa vurub. Komanda UEFA Avropa Liqasına vəsiqə qazanıb.
Mirağa
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.