EN

Fidan: Rusiya və Ukrayna arasındakı problemləri bir neçə görüşdə həll etmək mümkün deyil

BAKI, 28 iyun. TELEQRAF

Rusiya və Ukrayna münaqişəsinin həlli ilə bağlı məsələlər mürəkkəbdir və onları bir neçə görüş raundunda həll etmək mümkün deyil.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A haber” telekanalına müsahibəsində bildirib.

"Keçmiş danışıqlar raundunda tərəflər yenidən əsir mübadiləsi barədə razılığa gəldilər. Onlar, eyni zamanda, bir-birinə növbəti görüşdə müzakirə olunacaq məsələlərlə bağlı memorandum təqdim etdilər. Hazırda hər iki tərəf rəsmi olaraq bir-birinin mövqeyini bilir. Lakin mən daha əvvəl də demişdim, bu, çox böyük problemdir, bu, bir neçə görüşdə həll edilə biləcək məsələ deyil", - Fidan deyib.

O qeyd edib ki, memorandum mübadiləsindən sonra "danışıqlar üçün ilkin mövqelər formalaşıb".

"Adətən belə danışıqlar kifayət qədər uzaq nöqtədən başlayır. Əgər danışıqlar yaxşı gedirsə, kompromisə nail olmaq niyyəti varsa, vasitəçi də kömək edirsə, düşünürük ki, tərəflər ortaq məxrəcə gələ bilərlər", - nazir hesab edir.

Fidan vurğulayıb ki, Türkiyə rəhbərliyi diplomatiyanın əhəmiyyətini və Rusiya ilə Ukrayna arasında "məzmunlu və nəticəli görüş keçirmək imkanı yaratmağa" kömək etməyin vacibliyini görür.

Chosen
22
teleqraf.com

1Sources