"65 yaşım var, bu günə qədər qanaxma nədir bilməmişəm. Amma 4 gün idi ki, mütəmadi olaraq burnumdan qan gəlirdi. Özü də sel kimi. Təcili yardıma müraciət etdim. Gecəyarı idi, xəstəxanaya apardılar. Orada müalicə etdilər. Qanaxma dayandı. Lakin evə gəldim, qanaxma yenidən başladı. Sonra başqa bir həkimə müraciət etdim. İndi qanaxmam dayanıb. Yəqin ki, daha da yaxşı olacağam"