EN

İran heç vaxt təslim olmayacaq – XİN rəsmisi

Bakı. Trend:

İran sülhsevər olmaqla yanaşı, heç vaxt təslim olmayacaq.

Trend-inməlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibiİsmayıl Bəqai bu gün Tehranda iranlı yüksək rütbəli hərbçilər vənüvə alimlərinin dəfn mərasimində yerli jurnalistlərə açıqlamasındadeyib.

Onun sözlərinə görə, bu gün İran vətəndaşları bir daha dəfnmərasimində iştirakı ilə heç vaxt təslim olmayacağını bəyanedib.

Qeyd edək ki, İsrailin İrana 12 günlük hərbi hava hücumlarındaöldürülən yüksək rütbəli zabitlər və nüvə alimlərinin dəfn mərasimibu gün Tehranda keçirilib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi hava hücumlarıedib. Hava hücumları nəticəsində İranın nüvə obyektlərinin məhvedildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

Bu gün İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Chosen
89
40
az.trend.az

10Sources