AZ

İran ABŞ ilə fikir ayrılıqlarını çox asanlıqla həll edə bilər – Pezeşkian

Bakı. Trend:

İran ABŞ ilə fikir ayrılıqları və münaqişələri dialoq vədanışıqlar yolu ilə çox asanlıqla həll edə biləcəyinə inanır.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xaricimediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, İran həmişə sülh tərəfdarı olduğunu bəyanedib. Bu İranın devizidir.

Pezeşkian deyib ki, İran hamının sülh və əmin-amanlıq içindəyaşamasını istəyir. Digər tərəfdən də İran vətəndaşları istənilənhücum zamanı özünü müdafiə etmək iqtidarındadır.

“Mən inanıram ki, ABŞ prezidenti regionu və dünyanı sülh vəəmin-amanlığa doğru istiqamətləndirə və yaxud digər tərəfdən onuəbədi müharibələrə apara bilər”, - deyə o bildirib.

Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi havazərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəlihərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəlirəsmilər ölüb.

Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı iləİsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərəyüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu damülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.

Xatırladaq ki, 22 iyunda ABŞ İranın üç nüvə obyektinə hərbi havahücumları edib. Hava hücumları nəticəsində İranın nüvəobyektlərinin məhv edildiyi qeyd olunub.

Əlavə edək ki, 23 iyun axşam saatlarında İran ABŞ-nin Qətərdəkihərbi bazasına hava zərbələri endirib.

24 iyunda İsrail baş nazirinin ofisi İsrail hökumətinin ABŞprezidenti Donald Trampın vasitəçiliyi ilə İranla atəşkəsərazılaşdığını elan edib.

İranın Ali Milli Təhlükəsizlik Şurası da bəyanat yayaraqhücumların dayandırıldığını qeyd edib.

Məqalədə:
Seçilən
5
25
az.trend.az

10Mənbələr