EN

Avropa çempionu güləşçimiz karyerasını başa vurub

Bakı. Trend:

Qadın güləşi üzrə Azərbaycan millisinin üzvü Elis Manolovaidmançı karyerasını başa vurub.

Trend xəbərverir ki, güləşçi bununla bağlı Azərbaycan Güləş Federasiyasınaaçıqlama verib.

O bildirib ki, fəaliyyətini məşqçi kimi davam etdirməkniyyətindədir:

“Geriyə dönüb baxanda o qədər yarışlar və medallar olub ki,duyğulanmamaq mümkünsüzdür. Əlbəttə, daha bir olimpiya tsiklindəgüləşmək istərdim. Ancaq illərdir davam edən zədələr güləşməyəimkan vermir. İndiyədək topladığım təcrübəni bundan sonra məşqçikimi gənclərə ötürmək istəyirəm.

Azərbaycan adına güləşdiyim üçün çox xoşbəxtəm. Mən Azərbaycanıikinci evim sayıram. Bu ölkədə çox gözəl xatirələrim var. Hər kəsüçün darıxacağam. Bakıya yenə gələcəyəm.

Federasiyaya minnətdaram. Nə yaxşı ki, məni öz sıralarınızaqəbul etdiniz. Mən də sizin bir parçanız idim. Azərbaycan bayrağınıyüksəltmək hər zaman böyük qürur idi. Bundan sonra bütünazərbaycanlı güləşçiləri dəstəkləyəcəyəm”.

Qeyd edək ki, 29 yaşında karyerasını başa vuran Elis 2017-ciildə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. İki il sonra Avropaçempionu və dünya üçüncüsü ünvanına sahib çıxan Manolova böyüklərarasında qitə birinciliklərində 5 (1 qızıl, 3 gümüş, 1 bürünc)medal qazanıb.

Chosen
29
39
az.trend.az

10Sources