EN

Rusiya tək azərbaycanlılara yox, digər miqrantlara da belə davranır

Xəbər verdiyimiz kimi Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yetirilib. Azərbaycana qarşı Rusiyada bəzi dairələr, şəxslər kəskin təxribatçı fikirlərlə çıxış edirlər. Belə şəxslərdən biri də jurnalist Solovyovdur. Məsələn o verilişlərin birində erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxıb, bir neçə dəfə “Artsax” ifadəsini işlədib. İndiki hakimiyəti” Artsaxı hədiyyə etməkdə” günahlandırıb. Təbii ki, Rusiyada Solovyov kimiləri heç də az deyil. Baş verənlər bir daha göstərir ki, proseslər Moskva tərəfindən idarə olunur.

Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Rusiya Parlamentlərarası işçi qrupunun üzvü Elçin Mirzəbəyli bildirib ki, baş verən hadisə təəssüf doğurur


“Təbii ki, mən vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın doğmalarına, yaxınlarına baş sağlığı verirəm və faktı kəskin şəkildə pisləyirəm. Bunun əsasında hansı amilin dayanmasından asılı olmayaraq, mülki vətəndaşlara qarşı bu qəbildən olan davranlaşılar qanunsuzdur və insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasıdır. Təbii ki, Rusiyaya qarşı biz bu qəbildən olan  ifadələri işlədəndə qənaətimə
görə ehtiyyatla yanaşmalıyıq. Çünki hər gün OMON-çular tərəfindən saysız hesabsız bu qəbildən olan davranışlar sərgilənir. Düşünürəm ki, bu davranışlar Rusiyanın hüquq-mühafizə orqanlarında mövcud olan ultramilliyyətçi meyillərin, aqressiyanın qabarıq şəkildə özünü büruzə verməsidir”. 

1446063
Deputat qeyd edib ki, indiki halda sadəcə konkret fakta münasibət bildirmək istəyir:

“ Hadisələrin gedişatı ilə bağlı uzun illərdən bəri Azərbaycanla münasibətlərdə yol verilmiş yanlış siyasətin mahiyyətinə nəzər salsaq, bununla bağlı uzun-uzadı danışmaq lazım gələcək.  Amma baş verən kriminal hadisənin də qənaətimə görə hüquqi müstəvidə dəyərləndirilməsinə ehtiyac var. Burada təbii ki, aqressiya açıq-aşkar nəzərə çarpır. Hər hansı şəxsin istintaqa cəlb edilməsi, onunla bağlı hər hansı cinayət işi varsa, yaxud hər hansı qanun pozuntusu varsa,  bunun hüquqi müstəvidə həyata keçirilməsi labüddür. İndiki halda təkcə Azərbaycan vətəndaşlarına qarşı deyil, Rusiyada olan bütün miqrantlara qarşı faktiki olaraq eyni davranışların həyata keçirildiyinin şahidi oluruq. Rusiyanın elan etdiyi prinsiplərlə, xüsusilə də, Avrasiya inteqrasiya meyilləri ilə bağlı səsləndirdiyi ideyalarla bu qəbildən olan münasibətlər uzlaşmır. Anlaşılan deyil ki, Rusiya postsovet ölkələri ilə münasibətlərini inkişaf etdirmək niyyətindədir, onlarla əlaqələrini genişləndirmək istəyir, ancaq bu cür diskriminasiya xarakterli meyillərlə təzyiq xarakterli addımlar atır. İstənilən halda faktı kəskin şəkildə qınayıram. Cinayət faktl ciddi şəkildə araşdırılmalı, cinayərkarların cəzalandırılması istiqamətində müvafiq addımlar atılmalıdır”.

Chosen
15
2
modern.az

3Sources