EN

Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu

Kürdəmirdə sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə "Unikal"a DİN-dən bildirilib. 

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib. 

Qeyd edilən ərazilərin aidiyyatı qurumlar tərəfindən məişət tullantılarından təmizlənməsi təşkil edilib. Sanitar qayda pozuntusuna yol verən 4 nəfər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.

Chosen
12
8
unikal.az

10Sources