AZ

Kürdəmirdə sanitar qayda pozuntusuna yol verən 4 nəfər məsuliyyətə cəlb edildi

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Trend xəbər verir ki, sözügedən ərazilərin aidiyyatı qurumlar tərəfindən məişət tullantılarından təmizlənməsi təşkil edilib.

Sanitar qayda pozuntusuna yol verən 4 nəfər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Kürdəmirdə sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Seçilən
9
8
sherg.az

10Mənbələr