EN

Rusiya polisindən azərbaycanlılara qarşı vəhşi hücum... - Rus diplomat XİN-ə çağırıldı

Rusiyanın səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.

Mia.az XİN-ə istinadla xəbər verir ki, Rusiya tərəfinə iyunun 27-də həmvətənlərin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.

Chosen
17
49
mia.az

10Sources