
Rusiyanın səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.XİN-dən verilən məlumata görə, Rusiya tərəfinə iyunun 27-də həmvətənlərin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.Məsələnin araşdırılması, zorakılıq törödən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.Ulusum.az
Diqqət Çəkənlər
Ermənistanda siyasi qarşıdurma dərinləşir: Baş müxalif arxiyepiskop həbs olunub
“Şahdağ Quba”nın sabiq prezidenti Türkiyədə ölü tapıldı - VİDEO
"Əsrin Toyu": Bezosla Sançesin 50 milyon dollarlıq Venedik məclisi etirazlara səbəb oldu