EN

Moskva vilayətində təyyarə qəzası: 4 nəfər həlak olub

Bakı. Trend:

Moskva vilayətinin Kolomna şəhər rayonu ərazisində yüngülmühərrikli “Yak-18T” təyyarəsi qəzaya uğrayıb, nəticədə 4 nəfərhəyatını itirib.

Trend xəbər verirki, təyyarə Panovo kəndi yaxınlığındakı tarlada yerə çırpılaraqyanıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə başidarəsinin mətbuat xidmətindən bildirilib ki, baş vermiş yanğınqısa müddətdə söndürülüb və hadisə yerində dağıntı müşahidəolunmur.

Məlumata görə, təyyarə Kolomnadakı Severka aerodromundan havayaqalxıb. Qəzanın nəticələrinin aradan qaldırılması üçün əraziyə 23nəfər və 8 texnika cəlb olunub.

Chosen
17
az.trend.az

1Sources