EN

Qrossi İrana buraxılmayacaq

ain.az, Axar.az portalına istinadən məlumat verir.

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossinin İrana gəlişinə artıq icazə verməyəcək.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Həmidrza Hacı Babayi bu gün Tehranda iranlı hərbçilər və nüvə alimlərinin dəfn mərasimində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran eyni zamanda agentliyin kameralarının İranın nüvə mərkəzlərində yerləşdirilməsinə icazə verməyəcək:

“Çünki İranın nüvə obyektlərinin məlumatları İsrailə ötürülüb”.

Qeyd edək ki, 26 iyunda İranın Konstitusiyaya Nəzarət Şurası parlamentin MAQATE ilə əməkdaşlığının dayandırılması üzrə qanun layihəsini təsdiqləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
3
axar.az

10Sources