AZ

İranın zənginləşdirilmiş uranından xəbərimiz yoxdur Qrossi

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrail və İran arasında münaqişənin kəskinləşməsindən sonra Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın zənginləşdirilmiş uranını izləmək imkanını itirib.

Axar.az xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi bildirib.

“400 kiloqram uranın 60%-ə qədər zənginləşdirilməsi ciddi məsələdir. Bu material haradasa var, lakin hərbi əməliyyatlar başlayandan sonra agentlik onun izini itirib”, - MAQATE rəhbəri qeyd edib.

Qrossinin sözlərinə görə, İran istənilən halda agentliyin müfəttişlərinə materialın harada olduğunu göstərməyə borcludur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
38
axar.az

10Mənbələr