EN

Tramp: İran son ana qədər ABŞ ın nüvə obyektlərinə zərbələr endirməsindən xəbərsiz olub

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

İran hakimiyyəti son ana qədər ABŞ əsgərlərinin Tehranın nüvə obyektlərinə zərbələr endirməyi planlaşdırdığından xəbərsiz idi. Bunu ABŞ prezidenti Donald Tramp deyib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Fox News"a müsahibəsində deyib.

"Biz onlara həqiqətən xəbərdarlıq etmədik, onlar son ana qədər gələcəyimizi bilmədilər", - deyə Tramp qeyd edib.

Amerika lideri eyni zamanda əmin olduğunu bir daha vurğulayıb ki, Tehran əvvəlcədən nüvə obyektlərindən uran ehtiyatlarını çıxara bilməzdi. Bundan əlavə, Tramp deyib ki, heç kim ABŞ-ın Fordodakı nüvə obyektinə hücum edəcəyini təsəvvür edə bilməzdi, çünki “hamı onun keçilməz olduğunu deyirdi”.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib.

ABŞ münaqişənin gərginləşməsindən doqquz gün sonra müdaxilə edib: iyunun 22-nə keçən gecə ABŞ Silahlı Qüvvələri İranın üç nüvə obyektinə raket zərbəsi vurub. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına cavab raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, itki olmayıb və ciddi ziyan dəyməyib. Tramp daha sonra bildirib ki, İsrail və İran tam atəşkəsə razılaşıblar. Atəşkəs iyunun 24-də qüvvəyə minib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
50
icma.az

10Sources