AZ

Tramp təhqir etdi, İran hədələdi

“Mən bilirdim ki, o harada gizlənir. Amma İsrailin və ABŞ-nin hərbi hava qüvvələrinə onu vurmaları üçün icazə vermədim. Mən onu eybəcər və biabırçı ölümdən xilas etdim. O mənə “Çox sağ ol, prezident Tramp” deməlidir”,- ABŞ prezidentiyazıb.

Trampın sözlərinə görə, İsrail böyük təyyarə qrupu ilə Tehrana həlledici son zərbəni endirmək istəyirmiş. Bu zərbə böyük dağıntı vətələfatlara səbəb olacaqmış. Amma o imkan verməyib.

Tramp onu da vurğulayıb ki, Xamneyinin xalqa qəzəb və nifrət dolu müraciətindən sonra ABŞ İrana qarşı sanksiyaları yumşaltmaq niyyətindən vaz keçib.


İranın xarici işlər naziri Abbas Ərağçı isə “X” hesabındabildirib ki,əgər Tramp həqiqətən də İranla sövdələşmək istəyirsə, onda ali dini rəhbərlə bağlı hörmətsizliyə yol verməməlidir.

“İranın böyük və qüdrətli xalqı göstərdi ki, İsrail rejiminin bizim raketlərin qarşısında “dədə”sinin yanına qaçmaqdan başqa yolu yoxdur. Bu xalq hədə və təhqirlərə sakit yanaşa bilməz. Əgər illüziyalar daha pis səhvlərə aparıb çıxarsa,İran əsl gücünü göstərməkdən çəkinməyəcək”, - Ərağçı yazıb.

Samir Quliyev
AzVision.az
Seçilən
10
50
azvision.az

10Mənbələr