EN

Azərbaycan XİN Pakistana başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib.

News24.az xəbər verir ki, paylaşımda deyilir:

“İyunun 28-də Şimali Vəziristan bölgəsində azı 13 hərbçinin həyatına son qoyan, mülki şəxslər də daxil olmaqla çoxlu sayda insanın yaralanmasına səbəb olan dəhşətli hadisədən sonra qardaş Pakistan hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk.

Biz bunu qətiyyətlə pisləyir və sülh və təhlükəsizliyə ciddi təhdid yaradan  bütün formalarına qarşı sarsılmaz mövqeyimizi bir daha bəyan edirik”.

Chosen
17
36
news24.az

10Sources