EN

Türkiyədəki Akkuyu AES in I enerji bloku yaxın bir ildə işə salına bilər

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Türkiyədəki "Akkuyu" Atom Elektrik Stansiyasının (AES) I enerji bloku bir il ərzində istismara verilə bilər. SİA xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak "Anadolu" agentliyinə bildirib.

O əlavə edib ki, hazırda Türkiyədə daha bir AES-in tikilməsinin iqtisadi məqsədəuyğunluğu öyrənilir.

"Rosatom" Türkiyənin ilk AES-i olan "Akkuyu"nun tikintisini Mersin vilayətində aparır. Stansiya hər biri 1 200 MVt gücündə olan dörd enerji blokundan ibarət olacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
50
sia.az

10Sources