Tədbirdə general-polkovnik Zakir Həsənov çıxış edərək mərasim iştirakçılarını təbrik edib, onlara xalqımıza, dövlətimizə, qalib ordumuza və Ali Baş Komandanımıza layiqli zabit olmağı arzulayıb.
Gənc zabitlər də öz növbəsində onlara göstərilən etimadı doğruldacaqlarına, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə, hərbçi şərəfini hər zaman uca tutacaqlarına söz veriblər.
Müdafiə naziri hərbi təhsil müəssisəsini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib. Sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib. Yaş kötüyünə simvollar vurulub. Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına diplomlar təqdim olunub. Kursantlar hərbi orkestrin müşayiəti ilə hərbi institutun marşını ifa ediblər. Buraxılış mərasiminin sonunda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

