Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında fərdi mübarizəyə yekun vurulub.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandası yarışı 6 medalla başa vurub.
Millimizin üzvləri çempionatda 3 qızıl, 1 gümüş və 2 bürünc əldə ediblər. Yığmamızın heyətində Anar Quliyev (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq) qızıl, Nərmin Ağamirzəzadə (48 kq) gümüş, Gülşən Hüseynova (44 kq) və Leyla Ələkbərova (48 kq) bürünc qazanıblar.
Bu nəticə ilə millimiz medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub. İkinci yerə görə təqdim olunan mükafatı yeniyetmə oğlanlardan ibarət yığmamızın məşqçisi Nicat Şıxəlizadə qəbul edib.
Azərbaycanın cüdo millisi Berlində beynəlxalq toplanışa başlayıb
Avropa çempionatı: Ölkəmizi 19 idmançı təmsil edəcək
Millimiz Avropa çempionatında iştirak edəcək - FOTO
Bakıda eşitmə qabiliyyəti məhdud olan cüdoçuların hazırlıq səviyyəsi yoxlanılıb
Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib - FOTO