EN

Millimiz böyük hesabla Belarusa UDUZDU

Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoldaşlıq görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, A milli Belarus yığması ilə qarşılaşıb.

Jodinodakı “Torpedo” stadionunda təşkil olunan oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu iyulun 1-də Minskdə yerləşən “Traktor” stadionunda təşkil olunacaq.

Bizim.Media

Chosen
14
9
bizim.media

10Sources