EN

İngiltərə yığması Avropa çempionu oldu

BAKI, 29 iyun. TELEQRAF

21 yaşadək futbolçular arasında Avropa çempionatının finalında İngiltərə yığması Almaniyaya qalib gəlib.

Teleqraf xəbər verir ki, Bratislavadakı "Tehelne Pole" stadionunda keçirilən görüşün əsas vaxtında qalib müəyyənləşməyib (2:2). Əlavə vaxtda daha bir qol vuran ingilislər 3:2 hesablı qələbəyə seviniblər.

İngiltərə yığması ardıcıl ikinci il və tarixdə dördüncü dəfə gənclər arasında Avropa çempionatının qalibi olub.

Turnirin ən titullu komandaları hərəyə beş dəfə qalib gələn İtaliya və İspaniya yığmalarıdır.

Almaniyanın 21 yaşadək futbolçular arasında üç Avropa çempionu kuboku var.

Chosen
36
8
teleqraf.com

9Sources