AZ

Avropa çempionatı: Finalçılar məlum oldu

BAKI. 26 iyun. TELEQRAF

Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında finalçılar müəyyənləşib.

Teleqraf xəbər verir ki, həlledici görüşdə İngiltərə və Almaniya milliləri üz-üzə gələcək.

Yarımfinalda İngiltərə Niderlanda 2:1, Almaniya Fransaya 3:0 hesabı ilə qalib gəlib.

Final matçı iyunun 28-də Slovakiyanın paytaxtı Bratislavadakı "Tegelne Pole" stadionunda keçiriləcək.

Qeyd edək ki, U-21 Avropa çempionatının ən titullu komandaları hərəyə 5 dəfə qızıl medal qazanmış İtaliya və İspaniyadır. Almaniya və İngiltərənin isə 4-cü dəfə bu kuboka sahib çıxma şansı var.

Seçilən
47
8
teleqraf.com

9Mənbələr