Azertag saytına istinadən ain.az xəbər verir.
Naxçıvan, 29 iyun, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 2024-2025-ci il teatr mövsümünün bağlanış mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə çıxış edən teatrın direktoru və baş rejissoru Mir Qabil Əkbərov ötən teatr mövsümü ilə müqayisədə 2024-2025-ci ilin daha məhsuldar keçdiyini qeyd edib.
Sonra S.Bekketin "Qodonun intizarında" absurd tamaşası təqdim olunub.
Tədbirdə teatrın həyata keçirdiyi "Teatr çələngi" adlı layihədə iştirak edən xalq teatrları və müxtəlif yaradıcı kollektivlər də xüsusi qeyd olunub.
Tədbirdə çıxış edənlər 2024–2025-ci il teatr mövsümündə nümayiş olunan tamaşaların uğurla qarşılandığını vurğulayıb, regionlarda teatr fəaliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərə diqqət çəkiblər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.