Bu gecə Rusiya ordusu Ukraynaya qarşı kütləvi hücum həyata keçirib. Uzun fasilədən sonra ilk dəfə Lvov vilayəti zərbə alıb.
Viral.az xəbər verir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski məlumat verib.
Məlumata görə, Lvov vilayəti Rusiyaya məxsus pilotsuz uçuş aparatları və qanadlı raketlərlə hücuma məruz qalıb.
Son Yazılar:
- Rusiya Ukraynanın Lvov vilayətinə kütləvi hücum ETDİ
- Azərbaycan dili fənni üzrə ikinci cəhd test imtahanı keçiriləcək
- Pakistanda 5,8 bal gücündə zəlzələ qeydə ALINDI
Kozitskinin sözlərinə görə, hücumun məqsədi Lvov vilayətinin kritik infrastruktur obyektləri olub. İlkin məlumatlara əsasən, xəsarət alan və həlak olan olmayıb. Hadisə yerində aidiyyəti xidmətlər çalışır.