ABŞ prezidentinin oğlu Erik Tramp hesab edir ki, o, asanlıqla ölkə prezidenti postuna namizəd ola bilər.
Musavat.com xəbər verir ki, o, bu barədə Financial Times (FT) qəzetinə müsahibəsində danışıb: "Ailənin digər üzvlərini də bu işə cəlb etmək stəyirsən? Mən istərdim ki, övladlarım da mənim son on ildə yaşadığım təcrübəni yaşasın? Bilirsənmi, əgər cavab "bəli" olsaydı, məncə siyasi yol (ABŞ prezidentliyinə-red.) asan olardı, yəni mən bunu bacara biləcəyimi düşünürəm”.
Erik Tramp ailəsinin digər üzvlərinin də ABŞ prezidentliyinə namizəd ola biləcəyini vurğulayıb.
O, həmçinin qəzetə müsahibəsində Donald Tramp ABŞ prezidentliyinə namizəd olmasaydı, Tramp ailəsinin qat-qat zəngin olacağını deyib. Fikrini isə bununla əsaslandırıb ki, ailə Rusiyanın 2016-cı il seçkilərinə guya müdaxiləsi ilə bağlı saxta ittihamlardan müdafiə olunmaq üçün təxminən 500 milyon dollar xərcləyiblər.
Musavat.com